Rusiya

Belarus Rusiya neftinin tranzit tariflərini qaldırıb

Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi (ATTN) respublika ərazisindən magistral boru kəmərləri ilə neft nəqli üçün yeni tariflər müəyyən edib.

Artım orta hesabla 6,7% təşkil edib “Report” TASS-a istinadən xəbər verir ki, ATTN-in qərarı 1 fevral tarixindən qüvvəyə minib.

Rusiya neftinin tranzit tarifləri orta hesabla 6,7% qalxıb. Söhbət “Qomeltrasneft Drujba” ASC və “Polotsktransneft Drujba” magistral boru kəmərləri ilə neftin Rusiyadan Avropaya nəqlindən gedir.