Maraqlı Xəbərlər

Vyanada ənənəvi Avropa Qaz Konfransı keçiriləcək

Yanvarın 29-31-də Avstriyanın paytaxtı Vyanada XI Avropa Qaz Konfransı (European Gas Conference 2018) keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 430-dan çox nümayəndənin iştirak edəcəyi konfransın məqsədi aparıcı enerji şirkətləri ilə hökumət dairələri arasında ümumavropa qaz siyasətinin istiqamətlərini müəyyənləşdirməkdir.

Konfransda Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Cənub Qaz Dəhlizi” layihəsi və onun seqmentlərini təşkil edən TANAP, TAP qaz boru kəmərləri, Avropa qaz təchizatının şaxələndirilməsi və təhlükəsizliyi müzakirə olunacaq.

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin böyük nümayəndə heyəti ilə təmsil olunacağı konfrans Avstriyanın “OMV” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.