Azərbaycan

Ukraynaya idxal olunan xam neftin 85,2%-i Azərbaycanın payına düşüb

2017-ci ildə Ukrayna 442,2 milyon dollar dəyərində xam neft və qaz kondensatı idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.

AZƏRTAC Ukrayna Dövlət Maliyyə Xidmətinin yaydığı hesabata istinadla bildirir ki, idxal həyata keçirilən ölkələr arasında Azərbaycan birinci yerdədir. 2017-ci ildə əsas neft ehtiyatları Azərbaycandan (85,2 faiz) – 376,8 milyon dollar dəyərində idxal edilib.

Birinci üçlüyə İran (8,5 faiz, 37,7 milyon dollar) və Qazaxıstan (3,9 faiz, 17,5 milyon dollar) daxildir. Digər ölkələrdən Ukraynaya10 milyon dollar dəyərində xam neft idxal edilib.

Qeyd edək ki, 2016-cı ildə Ukraynaya xam neftin idxalı 173,8 milyon dollar dəyərində olub. Bu da 2015-ci ildəkindən 2,1 dəfə çoxdur.