Maraqlı Xəbərlər

“Türk axını” kəmərinin dəniz hissəsinin 700 km-i inşa olunub

“Türk axını” boru kəmərinin Qara dənizin dibi ilə uzanan iki xətti üzrə 700 km-dən çox hissəsində borular düzülüb.

Bu barədə Rusiyanın “Gazprom” şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib.

O qeyd edib ki, “Türk axını” boru kəmərinin inşası fəal şəkildə davam etdirilir. Qeyd edək ki, “Gazprom” ötən il mayın 7-də “Türk axını” kəmərinin dəniz hissəsinin tikintisinə başlayıb.

2016-cı il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır.

Report.az