logo

TANAP-ın keçdiyi ərazilərdə əhaliyə sosial yardım edilib

Views: 48

Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) keçdiyi 6 rayonda ehtiyacı olan 1 000 ailəyə layihənin icraçısı olan konsorsium tərəfindən ərzaq yardımı paylanılıb.

Boru kəməri boyunca ümumilikdə 10 min aztəminatlı ailəyə 2 mln. lirə məbləğində ərzaq yardımı çatdırılması gözlənilirReport” xəbər verir ki, TANAP-ın açıqlamasına görə, ərzaq yardımının ikinci mərhələsi çərçivəsində Ərzurum, Ərzincan, Sivas, Gümüşhane, Bayburt, Giresunda yaşayan aztəminatlı ailələrə yardım edilib.

TANAP-ın sosial məsuliyyət proqramı çərçivəsində boru kəməri boyunca ümumilikdə 10 min aztəminatlı ailəyə 2 mln. lirə məbləğində ərzaq yardımı çatdırılması gözlənilir. Noyabr ayında Ardahan, Qars və Ərzurumda yaşayan 3 522 ailəyə ərzaq yardımı çatdırılıb.

Xatırladaq ki, TANAP Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin, təxminən, 6 mlrd. kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

TANAP-ın Əskişəhərə qədər hissəsinin gələn ilin ortalarında istifadəyə verilməsi gözlənilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart