logo

“Star” neft emalı zavodu gündəlik 34 min m3 xam neft emal edəcək

Views: 17

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu gündəlik 34 min kubmetr xam neft emal edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) məlumat yayıb.

“Gündəlik 34 min kubmetr xam neft emal edəcək “Star” zavodu Türkiyənin illik kəsirini təxminən 1,5 milyard dollar azaldacaq”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu ilin sonundan etibarən zavod test rejimində işləməyə başlayacaq. 2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulların satışının həyata keçirilməsi planlaşdırılır. Zavodun tikinti işlərinin 96 faizi bitib. “Star” neft emalı zavodu bu ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq.

Zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart