logo

“SOCAR Polymer”in Polipropilen Zavodunun tikintisi 93% tamamlanıb

Views: 34

“SOCAR Polymer” şirkətinin Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunan Polipropilen (PP) Zavodu üzrə tikinti işlərinin 93,1%-i, Yüksək sıxlıqlı Polietilen (YSPE) Zavodu üzrə isə tikinti işlərinin 71,2%-i yekunlaşıb.

Report” bu barədə şirkətə istinadən xəbər verir.

İldə 180 min ton polipropilen istehsal edəcək qurğu üzrə ötən il dekabr ayının sonuna olan məlumata əsasən, ümumilikdə, işlər 96,7% icra olunub. Polipropilen istehsalı qurğusu üzrə detallı mühəndislik işləri 99,9%, satınalma 100%, tikinti işləri isə 93,1% yerinə yetirilib.

İllik 120 min ton istehsal gücünə malik yüksək sıxlıqlı polietilen qurğusu üzrə işlərin 86,8%-i icra olunub. Qurğunun detallı mühəndislik işləri 99,8%, satınalma işləri 99,8%, tikinti işləri isə 71,2% tamamlanıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart