logo

SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq

Views: 44

SOCAR Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdıracaq.

 AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri yanvarın 15-də Bakıda Bolqarıstanın Baş naziri Boyko Borisovla mətbuata bəyanatlarla çıxış edərkən səsləndirib.

“Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz bu gün cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaq: “Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən Gürcüstanda və Albaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanıb. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilib və əminəm ki, danışıqlar tezliklə başlanacaq”.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart