logo

SOCAR 2017-ci ili mənfəətlə başa vurub

Views: 313

SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 155 milyon 984 min manat vəsait ödəyib. Bu barədə şirkətdən məlumat verilib.

“SOCAR ötən il fonda 155 milyon 984 min manat vəsait ödəyib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% çoxdur”, – deyə məlumatda bildirilir.

Şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov qeyd edib ki, həyata keçirilən beynəlxalq layihələr, illər əvvəl ölkə daxilində və xaricdə qoyulan sərmayələr şirkətin hazırkı maliyyə nəticələrinə müsbət təsir göstərir, dövlət büdcəsinə ödənişlərin davamlı və artan xətt üzrə təmin olunması üçün əlverişli zəmin yaradır.

Məlumatda deyilir ki, son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.

Interfax.az

 

Comments: 0

0

Your Cart