Rusiya

Rusiyada neftin ixracına olan rüsumlar artıb

Yanvar ayından Rusiyada neftin ixracına olan rüsum artıb. O, bir tona görə 11,4 dollar (+ 6,4 dollar) təşkil edib.

O, bir tona görə 11,4 dollar (+ 6,4 dollar) təşkil edibReport” xəbər verir ki, bu barədə Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir.

Şərqi Sibir, Xəzər və Prirazlomnı yataqlarından çıxarılan neft üzrə güzəştli tarif rüsumları sıfır səviyyəsində qalıb.

Həmçinin yanvarın 1-dən açıq rəngli neft məhsulları və yağ (33,4 dollara qədər), əmtəə benzini (33,4 dollaradək), yüngül benzin franksiyası (61,2 dollara qədər) və koksun (7,2 dollaradək) rüsumları artıb.