Azərbaycan

Radev: “Sofiya Bolqarıstanın qazlaşdırılmasında Bakının iştirakında maraqlıdır

Bolqarıstan prezidenti Rumen Radev qazlaşdırılmasında Azərbaycanın iştirakında maraqlı olduğunu bildirib.

Yanvarın 9-da Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə dövlət başçısının mətbuat xidmətindən məlumat verilir.

 

“R.Radev “Cənub Qaz Dəhlizi” layihəsinə toxunaraq bunun Avropanın qaz təchizatının şaxələndirilməsi baxımından əhəmiyyətini və bu layihədə Azərbaycanın həlledici rolunu xüsusi vurğulayıb, Azərbaycanın Bolqarıstanın qazlaşdırılması işində iştirakında ölkəsinin maraqlı olduğunu qeyd edib”, – məlumatda bildirilir.

İ.Əliyev qeyd edib ki, Cənub Qaz Dəhlizinin icrası uğurla davam etdirilir, bu il TANAP layihəsinin başa çatması gözlənilir və yaxın gələcəkdə Azərbaycan qazı Bolqarıstan ərazisinə çatdırılacaq.

“Söhbət zamanı R.Radev Azərbaycan prezidentini Bolqarıstana rəsmi səfərə dəvət edib”, – məlumatda vurğulanır.

Interfax.az