Venesuelada neft hasilatının həcminin kəskin azalması və ABŞ-da şist neft hasilatının həcminin artmaqda davam etməsi 2018-ci ildə neft bazarı üçün sürpriz ola bilər.
O, dünyada elektromobillərin sayının artmasının neftə tələbata təsiri barədə suala cava verərək bildirib ki, tələbatı minik avtomobillərindən daha çox aviasiya, dəniz daşımaçılığı, neft-kimya sektoru, yük maşınları formalaşdırır. IEA rəhbəri 30 il əvvəl başlayan “dayanıqlı energetika” müzakirələrinə münasibət də bildirib və deyib ki, 1987-ci ildən karbohidratların qlobal enerji bazarında xüsusi çəkisinin dəyişməyərək 81% qalıb.
F.Birol IEA-nın son hesabatına istinad edərək xatırladıb ki, 2018-ci ildə neft bazarında sabitlik gözlənilir: “Əgər bazarda vəziyyət ancaq tələb və təklif əsasında müəyyənləşsə, qiymətin 70 dollar/bareldən çox olması gözlənilmir. Venesuela və ABŞ-ın sürprizləri isə müxtəlif yeni ssenarilər yarada bilər”.