Maraqlı Xəbərlər

“Bloomberg”: OPEC dekabrda gündəlik 32,47 milyon barrel neft çıxarıb

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatı dekabrda sutkalıq 32,47 milyon barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg”in analitiklər və neft şirkətlərinə istinadla hazırladığı sorğuda deyilir.

Belə ki, OPEC-ə üzv ölkələr neft hasilatının azaldılması üzrə sazişə dekabrda da sadiq qalıblar. Dekabr ayında Nigeriyada neft hasilatı artıb, Liviyada isə azalıb. Səudiyyə Ərəbistanının neft istehsalı gündəlik 20 min barrel azalaraq 9,95 milyon barrelə düşüb. Venesuelanın hasilatı isə 50 min barrel azalaraq gündəlik 1,81 milyon barrel olub.

“Bloomberg”ə görə, OPEC-in 12 üzvü neft hasilatının azaldılmasına dair qlobal saziş üzrə öhdəliyə dekabr ayında 121 faiz əməl ediblər.