Azərbaycan

“Azəriqaz” istehlakçılara qaz verilişinin həcmini 385 min m3 artırıb

Ölkədə havanın soyuması ilə əlaqədar olaraq, bu gün “Azəriqaz” İstehsalat Birliyi abunəçilərə verilən təbii qazın həcmini ötən günlə müqayisədə 385 min kubmetr artırıb.

Bu barədə “Report”a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbalayev deyib.

Onun sözlərinə görə, bu gün qaz verilişinin həcmi 26,918 mln. kubmetr təşkil edib.

“Havanın temperaturunun aşağı düşməsi ilə əlaqədar olaraq, təbii qaza olan tələbat artıb. Bu gün qaz verilişinin həcmi ötən günlə müqayisədə 385 min kubmetr artıqdır. Tələbat artdıqca qazın verilişi də gündəlik olaraq artırılacaq.

Hazırda ölkənin heç bir yerində hər hansı təmir işləri aparılmır, qəza halı yoxdur. Tələbata uyğun qazın verilişi təmin olunur”, – deyə İ.Kərbalayev qeyd edib.