logo

Azərbaycanda hasil edilən 2 mlrd ton neftin 240 mln tonunu SOCAR çıxarıb

Views: 45

Bu vaxtadək Azərbaycanda hasil edilən 2 milyard tondan çox neftin 240 milyon tonunu SOCAR çıxarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

SOCAR-ın birinci vitse-prezidenti bildirib ki, Azərbaycanda hasil edilən 2 milyard tondan çox neftin 300 milyon tonu keçmiş sovet hakimiyyəti dövründə, 700 milyon tonu isə müstəqillik illərində hasil edilib.

Bunun da 460 milyon tonu “Azəri”, “Çıraq”, “Günəşli” və “Şahdəniz” yataqları üzrə Konsorsiumun, 240 milyon tonu isə SOCAR-ın payına düşür.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart