Azərbaycan

Azərbaycan indiyədək AÇG-dən 250 mln ton mənfəət nefti əldə edib

İşlənmənin əvvəlindən (1997-cı il) Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 445,4 mln. ton neft və 140,5 mlrd. kubmetr qaz hasil olunub.

Bu barədə AZƏRTAC-a müsahibəsində SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“Artıq 19-cu ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2018-ci il yanvarın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 250,7 milyon ton mənfəət nefti satılıb ki, bu da AÇG-dən hasil edilmiş bütün neftin 55 faizini təşkil edir”, – deyə Xoşbəxt Yusifzadə əlavə edib.