logo

Azərbaycan Gürcüstanın təbii qaz tələbatının təqribən 100%-ni təmin edəcək

Views: 29
Azərbaycan 2018-ci ildə Gürcüstanın təbii qaza olan tələbatının 99,65 faizini təmin edəcək. 

Trend-in məlumatına görə, bu barədə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin 2018-c il üçün təbii qaz balansında qeyd olunub.

Sənədə əsasən 2018-ci ildə Gürcüstanın təbii qaza tələbatı 2,689 milyard kubmetrə bərabər olacaq. Gürcüstan bu rəqəmdən 2,679 milyard kubmetrini Azərbaycandan (1,866 milyard kubmetrini SOCAR-dan və 813 milyon kubmetri “Şahdəniz” yatağından hasilat çərçivəsində) əldə etməyi planlaşdırır. Qalan hissə (9,41 milyon kubmetr) yerli hasilatın payına düşəcək.

2018-ci ildə Gürcüstana Rusiyadan qaz tədarükü nəzərdə tutulmayıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart