Rusiya

Avropa Komissiyası Rusiya qazının Ukraynadan keçməklə Aİ-yə tranzitində risk görmür

Avropa Komissiyası hazırda Rusiya qazının Ukraynadan keçməklə Avropa İttifaqına (Aİ) tranzitində heç bir risk görmür”.

Report” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç RİA “Novosti”yə deyib.

Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya qazının Ukrayna ərazisindən keçməklə Aİ-yə tranziti üzrə danışıqların bərpa olunacağı təqdirdə Ukrayna və Rusiya arasında vasitəçilik etməyə hazırdır.