logo

2017-ci ildə “Şahdəniz” yatağından qaz hasilatı 5% azalıb

Views: 40

2017-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 10 mlrd. 168,1 mln. kubmetr qaz hasil edib, bu da 2016-cı ilin göstəricisindən 4,8% azdır. 

Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilir.“Ötən il “Şahdəniz” yatağından qaz hasilatı 2016-cı ildə 10 mlrd. 674,8 mln. kubmetrə qarşı 10 mlrd. 168,1 mln. kubmetr təşkil edib”, – hökumətdən qeyd ediblər.

Həmçinin hesabat ilində “Şahdəniz” yatağından 2 mln. 355,4 min ton kondensat hasil olunub (azalma 5,5%).

“Hasilatabaşlanandanetibarən “Şahdəniz”dən təqribən 88,5 mlrd. kubmetr qaz və 22 mln. ton kondensat hasil olunub”, – hökumətdən vurğulanıb. Məlumata əsasən, “Şahdəniz” yatağının “Mərhələ-2” çərçivəsində qaz hasilatının başlanması üzrə işlərin 98,8%-i yerinə yetirilib. Qabaqlayıcı qazma proqramı çərçivəsində14 qabaqlayıcı quyu qazılıb.

Hazırda “Şahdəniz” yatağının “Mərhələ-1” çərçivəsində qaz hasilatı həyata keçirilir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart