logo

“Star” neft emalı zavodu 2018-ci ilin oktyabrında istifadəyə veriləcək

Views: 130

SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim”in ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodunda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

“Star” neft emalı zavodunda ümumi çəkisi 55 min ton olan yerüstü borularının 98 faizinin montajı nəhəng kranlardan istifadə edilərək tamamlanıb”, – deyə SOCAR-ın məlumatında deyilir.

Qeyd edək ki, “Star” neft emalı zavodu 2018-ci il oktyabrın 1-də istifadəyə veriləcək. Layihə üzrə işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.

“Star” neft emalı zavodundan ilk 5 ildə hər il Azərbaycan iqtisadiyyatına 614 milyon dollar gəlir gələcək. Növbəti 10 il ərzində isə “Star”dan hər il 864 milyon dollar əməliyyat gəliri gələcəyi gözlənilir.

Xatırladaq ki, “Star” zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub.

SOCAR 2008-ci ilin mayından etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. STEAŞ-ın səhmdarları isə belədir: SOCAR – 87 faiz, “Goldman Sachs” – 13 faiz.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart