logo

SOCAR “Ukrzaliznitsa” üçün 10 min ton dizel yanacağı tədarük edəcək

Views: 39

“SOCAR Ukraine” şirkəti “Ukrzaliznitsya” üçün 10 min ton həcmində dizel yanacağı tədarük edəcək.

Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, “SOCAR Ukraine” bir ton dizel yanacağı üçün 26 min qrivna təklif edərək elan olunan tender üzrə 1 lotun qalibi olub.

Qeyd edək ki, “Ukrzaliznitsa” ümumilikdə 50 min ton dizel yanacağı üçün 5 lot üzrə tender keçirib.

Xatırladaq ki, SOCAR-ın Ukraynadakı nümayəndəliyi 2008-ci ildə açılıb. Bu ilin iyun ayına olan məlumata görə, Ukraynada 4 neft bazası və 61 yanacaqdoldurma məntəqəsi SOCAR brendi altında fəaliyyət göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart