Azərbaycan

“SOCAR Methanol” daxili bazarın payını artırmağı hədəfləyir

SOCAR-ın törəmə şirkəti olan “SOCAR Methanol” MMC-nin gələcək 2-3 illik inkişaf planına daxili bazarın payının artırılması daxildir.

Hazırda istehsal edilən məhsulun 95%-i ixraca yönəldilir

Bunu “SOCAR Methanol”un baş direktoru Elnur Mustafayev bildirib.

“Azərbaycanın daxili bazarında metanolun satışı və bu bazarın inkişafı strateji məqsədlərimizdən biridir. Hazırda daxili bazarda metanol satışı istehsal olunmuş metanolun 5%-ni təşkil edir. Bu payın 10%-ə qədər artırılmasını hədəfləyirik”, – şirkət rəhbəri qeyd edib.

E.Mustafayev bildirib ki, “SOCAR Methanol”un idarəçiliyi altında fasiləsiz və təhlükəsiz fəaliyyət göstərən Bakı Metanol Zavodunda bu il 265 min ton metanol istehsal edilib.

Onun sözlərinə görə, satış üzrə 35 mln. ABŞ dolları həcmində gəlir əldə olunub: “Metanol ixracı qeyri-neft sektoru üzrə ixracda 5-ci yerdə qərarlaşıb. İstehsal edilən məhsulun 95%-i ixraca yönəldilir. Məhsulun ixracı SOCAR-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən həyata keçirilir. İxrac SOCAR-ın Kulevi neft terminalından (Qara dəniz, Gürcüstan) bazarlara çıxarılır”.

Report.az