logo

SOCAR istiqrazları ilə həyata keçirilən əməliyyatlar artır

Views: 18

Gələn il SOCAR istiqrazları ilə həyata keçirilən REPO-əməliyyatları üzrə kreditlərin həcmi 120 mln. manatadək təşkil edə bilər

2018-ci ildə SOCAR istiqrazları ilə həyata keçirilən REPO-əməliyyatları üzrə qısamüddətli kreditlərin həcmi 120 mln. manat təşkil edə bilər. Bunu SOCAR Capital-ın İnvestisiya və Əməliyyatlar Departamentinin direktoru Elxan Həsənov deyib.

Xəbər verildiyi kimi “PSG Kapital” broker şirkəti (SOCAR istiqrazlarının marketmeykeri) 2017-ci il noyabrın 10-dan bu qiymətli kağızlarla REPO-əməliyyatlarına başlayıb. Beləliklə, SOCAR istiqrazlarının sahibi olan fiziki və hüquqi şəxslər neft şirkətinin istiqrazları ilə REPO-əməliyyatları vasitəsilə qısamüddətli kreditlər ala biləcəklər.

Belə əməliyyatlar üzrə ilk sövdələşmə 2017-ci il dekabrın 1-də bağlanıb.

“Verilmiş kreditlərin ümumi həcmi 5 mln. manat təşkil edib”, – deyə E.Həsənov bu gün jurnalistlərə bildirib.

Onun sözlərinə görə, kredit vəsaitləri illik 3,5%-lə verilir.

Kreditin maksimum həcmi borcalanın malik olduğu istiqrazların məbləğinin 95%-ni təşkil edir.

“Bizim təxmini hesablamalarımıza görə, 2018-ci ildə belə əməliyyatların ümumi həcmi 120 mln. manat təşkil edəcək”, – deyə E.Həsənov əlavə edib.

İnterfax.az

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart