Rusiya

“Qazprom” yanvar-noyabr aylarında Türkiyəyə qaz ixracını 20% artırıb

Rusiyanın qaz holdinqi cari ildə uzaq xaricə ixracını xeyli artırıb, buna səbəb isə tələbatın artması və “Qazprom”un qiymətlərinin digər satıcılarla müqayisədə rəqabətədavamlı təklifləridir…

Rusiyanın “Qazprom” şirkəti 2017-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə ixrac olunan qazın həcmini ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4% artırıb.

Trend-in “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bundan əlavə şirkət 2016-cı ilin 11 ayı ilə müqayisədə Yunanıstana – 11,6%, Bolqarıstana – 6,8%, Macarıstana – 22,3%, Serbiyaya – 26,1% qaz ixrac olunan qazın həcmini artırıb.

 “Qazprom” yanvar-noyabr aylarında uzaq xaricə qaz ixracını 8,3% artırıb.