Qazaxıstan

Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranziti üzrə işçi qrupu yaradılır

Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranziti məsələsinin araşdırılması ilə bağlı işçi qrupunun yaradılmasına dair tərəflər arasında qərar qəbul olunub.

“Report” xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan-Qazaxıstan Ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının XIV iclasından sonra keçirilən brifinqdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

“Enerji sahəsində Qazaxıstanla Azərbaycanın hər zaman əməkdaşlığı olub və bundan sonra da bu məsələləri nəzərdən keçirməyə hazırıq. Energetika sahəsində ən başlıca əməkdaşlıq Qazaxıstanın enerji resurslarının Azərbaycan üzərindən tranziti məsələləridir. Bununla bağlı işçi qrupunun yaradılması barədə qərara gəlmişik. Bu istiqamətdə intensiv çalışmaq niyyətindəyik”, – deyə nazir əlavə edib.

 

Report.az