logo

“Petkim” $500 mln dəyərində avrobondların emissiyasını planlaşdırır

Views: 32

Türkiyənin “Petkim” neft-kimya kompleksi “STAR” neft emalı zavonunun payını əldə etmək məqsədilə $500 mln.-a qədər avrobondların emissiyasını planlaşdırır.

Bunu “Petkim Petrokimya Holding”in baş icraçı direktoru Anar Məmmədov deyib. “Petkim”in avrobondlarının xaricdə emissiyasını planlaşdırırıq. Bu əməliyyat hesabına əldə olunacaq $500 mln.-a qədər vəsait “STAR” NEZ-də pay alışına yönəldiləcək”, – A.Məmmədov Türkiyənin «Bloomberg HT» telekanalının «Piyasa Hattı» proqramında bildirib.

O məlumat verib ki, “Petkim Petrokimya Holding” “STAR” NEZ-də payın alışını prioritet məsələ hesab edir. “Bu məqsədə çatmağa dair niyyətimiz tam konkretdir. Həmin müəssisədə “Petkim”in payı barədə danışmaq hələ ki tezdir. “STAR”-da pay alışı ilə biz zavodun İdarə Heyətinin üzvü olmaq istəyirik”, – A.Məmmədov qeyd edib.

«Bloomberg HT»-nin məlumatına görə, “Petkim Petrokimya Holding” artıq Türkiyə Kapital Bazarı Şurasından $500 mln.-a qədər məbləğdə avroistiqrazların buraxılışına dair qərar əldə edib.

İnterfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart