logo

Ölkədəki magistral qaz kəmərlərindən 20 mlrd m3 təbii qaz ötürülüb

Views: 101

Bu ilin 11 ayında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 857,2 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,1 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-noyabr aylarında qaz nəqlinin 33,4 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) vasitəsilə həyata keçirilib və bu kəmərlə 6 milyard 626,4 milyon kubmetr qaz ötürülüb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart