Azərbaycan

Neft Fondunun gəlirləri 2001-ci ildən indiyədək $137 mlrd-ı ötüb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) gəlirləri 2001-ci ildən bu il dekabrın 1-dək 137 milyard ABŞ dollarını ötüb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Qeyd edilib ki, bu vaxtadək həmin vəsaitin 100 milyard dollardan çoxu xərclənib.

Xatırladaq ki, bu il oktyabrın 1-nə Neft Fondunun aktivləri cari ilin əvvəlinə – 33 milyard 147 milyon dollara nisbətən 8,67 faiz artaraq 36 milyard 20 milyon ABŞ dolları təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirləri və investisiya portfelinin tərkib valyutalarının məzənnə dəyişikliyi fərqi hesabına formalaşıb.