logo

“Neft Daşları”nda 8 meydança estakadadan ayrılıb

Views: 258

“Neft Daşları”nda 8 meydança estakadadan ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilir ki, dəniz mədənlərində əməyin mühafizəsinin gücləndirilməsi üçün SOCAR tərəfindən görülən genişmiqyaslı tədbirlər davam edir. Cari ilin ötən dövrü ərzində “Neft Daşları”nda 8 meydança zərurət yarandığı üçün estakadadan ayrılıb, 2 ədəd meydançalararası estakada kəsilərək ləğv edilib.

Eyni zamanda, N.Nərimanov adına neft və qazçıxarma idarəsində (NQÇİ) də 8 meydança birləşdiyi estakadalardan ayrılıb. Bununla da, neftçilərin təhlükəsiz iş rejimi daha da gücləndirilib, hidrotexniki qurğuların istismar müddəti artırılıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart