Qazaxıstan

Nazir: “Bakı və Astana ikitərəfli əməkdaşlığın inkişafı üçün yol xəritəsi hazırlayıb”

2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb.

Qazaxıstan Azərbaycanla iqtisadi əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bu barədə Qazaxıstanın energetika nazir Kanat Bozumbayev cümə axşamı Bakıda Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında bildirib.

“Azərbaycanla Qazaxıstan arasında münasibətlər dinamik inkişaf edir, lakin energetika, ASK, nəqliyyat və maşınqayırma sahələrində əlaqələrin gələcək inkişafı üçün pootensial var”, – K.Bozumbayev bildirib.

P.Şahbazov qeyd edib ki, 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb.

“Hesab edirəm ki, xəritədə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bugünkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcək”, – nazir bildirib.

Tərəflər Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycanla Qazaxıstan arasında cari ticarət dövriyyəsinin səviyyəsini müzakirə ediblər. bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7% artaraq 102,5 mln. dollar olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3% artaraq, 21,8 mln. dollar, idxal isə 2,7% yüksələrək 80,7 mln. dollar olub.

Bundan əlavə, iclas çərçivəsində Qazaxıstanla neft və neft məhsullarının Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə mayeləşdirilmiş qazın daşınması ilə bağlı məsələlər müzakirə olunub.

O cümlədən, tərəflər kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes-forumların təşkili məsələlərini müzakirə ediblər.