logo

İlin 11 ayında Azərbaycanda avtomobil benzini istehsalı 5% artıb

Views: 36

2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% – 2 mlrd. 469,2 mln. manata qədər azalıb.

Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə avtomobil benzini istehsalı 4,7% – 1 mln. 97,6 min tonadək, sürtkü yağı istehsalı 3,7 dəfə – 33,6 min tonadək, neft bitumu istehsalı 22,7% – 208,8 min tonadək, neft koksu istehsalı 6,8% – 197,5 min tonadək artıb.

Hesabat dövründə birbaşa qovulan benzin istehsalında 3,5% – 169 min tonadək, kerosin istehsalında 6,9 % – 539 min tonadək, dizel yanacağı istehsalında 20% – 1 mln. 718,4 min tonadək, soba mazutunun istehsalında 42,6% – 262,5 min tonadək azalma qeydə alınıb.

Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.

İnterfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart