logo

Energetika nazirinə 3-cü müavin təyin olundu

Views: 72

Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, Vəliyev Samir Teymur oğlu energetika nazirinin müavini vəzifəsinə təyin edilib. Bununla da energetika nazirinin müavinlərinin sayı 3-ə çatdırılıb.

S.Vəliyev bu təyinata qədər İqtisadiyyat Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

S.Vəliyev 1962-ci ildə Bakıda anadan olub. 1984-cü ildə T. Şevçenko adına Kiyev Dövlət Universitetini beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq hüquq ixtisası üzrə bitirib. İqtisad elmləri namizədidir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində, 1997-1999-cu illərdə Ticarət Nazirliyində, 1999-2001-ci illərdə Dövlət Əmlakı Nazirliyində müxtəlif rəhbər vəzifələrdə işləyib. 2001-ci ildən energetika nazirinin müavini vəzifəsinə təyin edilənə qədər İqtisadiyyat Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışır. Ailəlidir, 2 övladı var.

Report.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart