Azərbaycan

Energetika naziri özünə yeni müşavir təyin etdi

Azərbaycan Energetika Nazirliyində yeni təyinat olub.

“Report” xəbər verir ki, energetika naziri Pərviz Şahbazov özünə yeni müşavir təyin edib.

Məlumata görə, P.Şahbazovun yeni müşaviri Zaur Məmmədov olub.

Z.Məmmədov bundan öncə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktor müavini vəzifəsini icra edib.

Daha əvvəllər isə “Azərenerji” ASC-nin Ekologiya idarəsinin rəisi vəzifəsində çalışıb.

 

 

Report.az