logo

Azərbaycanın qaz ixracından gəlirləri 25% artıb

Views: 57

Azərbaycan 2017-ci ilin yanvar-noyabr aylarında 6,894 mlrd. kubmetr həcmində təbii qaz ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda təbii qazın dəyəri 1,156 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə təbii qaz Azərbaycanın ümumi ixracının 9,25%-nə bərabər olub.

Hesabat dövründə ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 11,5%, dəyəri isə 25% çoxdur.

 

Report.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart