Maraqlı Xəbərlər

Azərbaycanda vergi yükü 40%-dən azdır

Dünya Bankı və beynəlxalq audit şirkətinin hazırladığı “Paying Taxes 2018” icmalında Azərbaycan 35-ci yeri tutub.

Azərbaycanın indeksi 83,79-a bərabərdir.

Audit şirkətinin saytında dərc olunmuş icmala əsasən qiymətləndirmə 190 ölkənin iqtisadiyyatını əhatə edib.

DB və PwC-nin qiymətləndirmələrinə görə, Azərbaycanda vergi yükü 39,8% təşkil edir (əvvəlki illə müqayisədə dəyişməyib).

«Bu göstərici Mərkəzi Asiya və Şərqi Avropa regionu üzrə orta göstəricidən 33,4% çox, dünya üzrə orta göstəricidən 40,5% azdır. Vergi yükünün böyük hissəsini (67%) gəlir vergisi və sosial ödənişlər təşkil edir», – deyə hesabatda bildirilir.

Rusiyada vergi yükü 47,5%, Qazaxıstanda 29,2%, Gürcüstanda 16,4% təşkil edir.

İnterfax.az