logo

Azərbaycanda dizel yanacağınin istehsalı 20% azalıb

Views: 27

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 11 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 469,2 milyon manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 9 faiz azalıb.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 718,4 min ton dizel yanacağı, 1 milyon 97,6 min ton avtomobil benzini, 169 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 539 min ton ağ neft, 262,5 min ton yanacaq mazutu, 33,6 min ton sürtkü yağları, 208,8 min ton neft bitumu və 197,5 min ton neft koksu istehsal edilib.

Neft məhsullarından ağ neftin istehsalı 6,9 faiz, yanacaq mazutunun 42,6 faiz, dizel yanacağının istehsalı 20 faiz azalıb. Avtomobil benzininin, sürtkü yağlarının, neft bitumunun və neft koksunun istehsalı isə artıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart