logo

Azərbaycan 2016-cı ildə 127 mln. bareldən çox neft satıb

Views: 29

2016-cı ildə SOCAR və Azərbaycanın payına düşən neftin satış həcmi 127 mln. 375,467 min barel ($5 mlrd. 530 mln. 936,802 min) təşkil edib.

Bu barədə Azərbaycan hökumətinin bu gün Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə dərc olunmuş birinci hesabatında deyilir.

Hesabata əsasən ötən il Azərbaycan və SOCAR neftinin ən iri alıcıları “Exxon” ($631 mln. 780,758 min dəyərində 14 mln. 552,734 min barel), TOTSA ($421 mln. 102, 315 min dəyərində 10 mln. 460,013 min barel), ENI ($305 mln. 761,122 min dəyərində 7 mln. 379,72 min barel), “Petrofag” ($246 mln. 572,53 min dəyərində 5 mln. 862,489 min barel), “Glencore” ($239 mln. 131,021 min dəyərində 5 mln. 285,836 min barel), BP ($181 mln. 180,136 min dəyərində 3 mln. 891,017 min barel) olub.

İnterfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart