logo

2018-ci ilin dövlət büdcəsində neftin 1 bareli $45-dan hesablandı

Maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət büdcəsində neftin 1 barelinin 45 dollardan hesablanmış qiymətini optimal hesab edir.

“Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin 45 dollardan hesablanmış qiyməti optimaldır”, – deyə o, AzTV-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, hazırda dünya bazarlarında neftin qiyməti son dərəcə yüksəkdir. “Hesab edirik ki, neftin qiymətinin yüksək olması ilə əlaqədar əldə edilən əlavə gəlirlər ehtiyata yönəldilməlidir. Prezident İlham Əliyev daha çox vəsaitin ehtiyata yönəldilməsinin vacibliyini dəfələrlə vurğulayıb”, – deyə S.Şərifov qeyd edib.

O vurğulayıb ki, hökumət neftin qiymətinin kəskin dəyişməsi ilə bağlı problemlərin yaranmaması məqsədilə kontrtsiklik tədbirlər görməlidir. “Buna görə biz hazırda fiskal qayda (neft gəlirlərinin istifadə edilməsinin yuxarı həddinin hesablanacağı xüsusi formul – İF) ilə bağlı müzakirələr aparırıq”, – deyə o əlavə edib.

Maliyyə naziri bildirib ki, neftin 1 barelinin qiymətinin 45 dollardan götürülməsi Azərbaycana bütün cari problem və tapşırıqları həll etməyə imkan verəcək.

Interfax.az

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart