Azərbaycan

SOCAR-ın qaz hasilatının maya dəyəri təxminən 18% artıb

2016-cı ildə SOCAR-ın yataqlarından qaz hasilatının maya dəyəri 2015-ci illə müqayisədə 17,7% və ya hər 1 min kubmetr üçün 46,77 manatadək artıb.

 Bu barədə SOCAR-ın 2016-cı il ərzindəki fəaliyyətinə dair hesabatında məlumat verilir.

Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 9,9%, sosial sığortalara ayırmalar 2%, amortizasiya ayırmaları 29,4%, təmir xərcləri 6,5%, texniki xidmət xərcləri 4,3%, material xərcləri 3,2% mədən vergisi 13,2%, nəqliyyat xərcləri 17,2% təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb.

Hesabata əsasən, 2016-cı ildə “Azneft” İB (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) tərəfindən qaz hasilatı 2015-ci illə müqayisədə 8,6% – 5 mlrd. 620,6 mln. kubmetrədək azalıb.

Caspian Barrel xatırladır ki, 2015-ci ildə SOCAR- ın hasil etdiyi 1000 kub metr qazın faktiki istehsal maya dəyəri 39,74 manat təşkil etmişdir ki, bu da 2014-cü illə müqayisədə 2,55 manat və ya 6,8% artıq olub.