Azərbaycan

“Azneft”in balansındakı yataqlar haqda məlumatlar

“Azneft” İstehsalat Birliyi Azərbaycan Dövlət Neft Şirkətinin ən iri strukturu sayılır və əsasən neft və qaz hasilatı ilə məşğul olur.

Onun səlahiyyətlərinə həmçinin yeraltı qaz anbarları təsərrüfatı da daxildir.

“Azneft” İstehsalat Birliyinin balansında Azərbaycanın Xəzər dənizi sektorunda 21, quru ərazisində isə 25 olmaqla ümumilikdə – 46 neft-qaz yatağı var.

Hazırda “Azneft” İB 28 neftqaz yatağında istismar işlərini yerinə yetirir. Bu yataqlardan 13-ü Xəzərin Azərbaycan sektorunda, 15-i isə Azərbaycanın quru ərazisində yerləşir.

İşlənmədə olan yataqlar üzrə qalıq çıxarılabilən neft-kondensat ehtiyatları 186,972 mln. ton, qaz ehtiyatları 134,764 mlrd. kubmetr təşkil edir. Konservasiyada olan və kəşfiyyatda olan yataqlar üzrə ümumilikdə qalıq çıxarılabilən karbohidrogen ehtiyatlarının həcmi 250 mln. 495 min ton neft və kondensat və 186 mlrd. 236 mln. kubmetr qaz təşkil edir.

2017-ci ilin 9 ayının nəticələrinə görə,  “Azneft” İstehsalat Birliyi üzrə neft hasilatının 94,7%-i, qaz hasilatının isə 98,6%-i dəniz yataqlarının payına düşüb.

2017-ci ilin sonuna kimi “Azneft” İstehsalat Birliyi üzrə 6,22 mln. ton neft, 5,3 mlrd. kubmetr isə qaz hasil edilməsi proqnozlaşdırılır.

“Azneft” İstehsalat Birliyi üzrə neft hasilatı cədvəli (min ton): 

2015

2016

Dəniz

6446,4

5902.6

Quru

335,3

332.2

Cəmi

6781,7

6234,8

“Azneft” İstehsalat Birliyi üzrə qaz hasilatı cədvəli (mln. kub.metr): 

2015

2016

Dəniz

6116,2

5544,7

Quru

70,1

75,8

Cəmi

6186,3

5620,5

2018-ci il üçün ümumilikdə “Azneft” İstehsalat Birliyi üzrə neft hasilatının 6,2 mln. ton, qaz hasilatının isə 5,805 mlrd. kubmetr həcmində olacağı gözlənilir.

Caspian Barrel