Türkmənistan

Aşqabadda Beynəlxalq Enerji Xartiyasının konfransı keçirilir

Bu gün Türkmənistan paytaxtında Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı işinə başlayıb, tədbirdə Azərbaycan da iştirak edir

Energetika nazirinin müavini Natiq Abbasov Aşqabadda Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransında iştirak edəcək. Bu barədə nazirlikdən məlumat verilib.

“Konfrans çərçivəsində “Davamlı enerji gələcəyi və nəqliyyat marşrutlarının şaxələndirilməsi üçün investisiyaların təşviqi” mövzusunda nazirlərin görüşü də nəzərdə tutulub”, – məlumatda deilir.

Tədbirdə əməkdaşlıq, davamlı enerjinin təminatı, enerji nəqli marşrutlarının təhlükəsizliyi və diversifikasiyası kimi məsələlər müzakirə ediləcək.

Konfransın yekunlarına dair Bəyannamə qəbul olunacaq.

Beynəlxalq Enerji Xartiyasının 28-ci konfransı öz işini  28-29 noyabr tarixlərində davam etdirəcək.