Azərbaycan, Azərbaycan

28 May NQÇİ-də yeni faciə: qazmaçı öldü

“Azneft” İstehsalat Birliyinin ən iri hasilatçı strukturunda – 28 May adına Neft və Qaz Çıxarma İdarəsində faciə baş verib

Bu gün səhər saatlarında “28 May” NQÇİ-nin 14 nömrəli dərin dəniz özülündə qazmaçı köməkçisi işləyən 1958-ci il təvəllüdlü Əliyev Rasim İbrahim oğlu 262 saylı quyuda işləyən zaman dənizə düşüb.

SOCAR-ın mətbuat xidmətinin yayadığı məlumata görə, neftçi operativ tədbirlər nəticəsində sudan çıxarılıb, lakin vəfat etdiyi məlum olub.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.