Maraqlı Xəbərlər

Sentyabrda Azərbaycanda neft hasilatı nə qədər olub?

Sentyabrda Azərbaycanda gündəlik neft hasilatı 786 min barrelədək artıb, OPEC və OPEC+ çərçivəsində öhdəliklər yerinə yetirilir

2017-ci ilin sentyabr ayında Azərbaycanda gündəlik 785,7 min barrel neft hasil edilib. Bu barədə Energetika Nazirliyinin məlumatında deyilir.

“Sentyabr ayında respublika üzrə gündəlik neft hasilatı 785,7 min barrel olub. Bunun 733 min barrelini xam neft, 52,7 min barrelini kondensat təşkil edib”, – deyə məlumatda bildirilir.

Azərbaycanda gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda 793,7 min barrel, iyulda 796,7 min barrel, avqustda isə 734,8 min barrel olub.

Sentyabrda gündəlik 627 min barrel xam neft, 52,7 min barrel kondensat, 19,3 min barrel isə neft məhsulları ixrac edilib.

Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı üzərinə öhdəlik götürüb. “”Beləliklə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan öhdəliyini yerinə yetirib”, – deyə nazirliyin məlumatında qeyd olunur.