Azərbaycan, Materiallar

Neft Fondu Avstraliyada daşınmaz əmlak alır

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avstraliyada daşınmaz əmlak almağı planlaşdırır.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan-Avstraliya Dostluq Assosiasiyasının prezidenti Con Hammond deyib.

“ARDNF artıq əmlakı seçib. Hazırda sövdələşmənin rəsmiləşdirilməsi prosesi davam edir”, – deyə o qeyd edib.

C.Hammondun sözlərinə görə, Avstraliya sabit ölkədir və bura Azərbaycan kapitalının yatırılması məqsədəuyğundur. Və biz bunu dəstəkləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, 2016-cı ilin sonuna ARDNF xaricdə daşınmaz əmlakın alınmasına $1,7 mlrd. yatırıb.

İnterfaks-Azərbaycan