Maraqlı Xəbərlər

Bakıda SOCAR-ın baş ofisində faciə: ölən var

Hadisə liftin şaxtasında baş verib

  Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O.Əhmədovun meyitini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil verib. Əməliyyat başa çatıb.

Caspian Barrel-in -in əldə etdiyi məlumata görə, bədbəxt hadisə Heydər Əliyev prospekti 121 ünvanında yerləşən SOCAR-ın baş ofisində baş verib. Əhmədov Orxanın işlədiyi “Verti” MMC lift şirkətindən SOCAR-a verilən məlumata görə, bu gün səhər saatlarında usta “SOCAR Tower”in 2-ci mərtəbəsində sabit dayanan liftin üzərində işləyərkən, naməlum səbəbdən, binanın 1 və -1 mərtəbələri arasındakı meydançaya yıxılıb və hadisə yerində vəfat edib.