Azərbaycan, Materiallar

“Azneft” İB istehsalat göstəricilərini açıqlayıb

“Azneft” yanvar-sentyabr aylarında 4,7 mln. tona yaxın neft və 3,9 mlrd. kubmetrə yaxın qaz hasil edib

2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR-ın “Azneft” İstehsalat Birliyi üzrə 4 mln. 624,8 min ton neft və 3,87 mlrd. kubmetr qaz hasil edilib. Bu barədə Caspian Barrel-ə İB-dən məlumat verilib.

Xəbər verildiyi kimi, 2016-cı ilin 9 ayı ərzində 4 mln. 703,7 min ton neft və 4,2 mlrd. kubmetr qaz hasil edilib. Beləliklə, 2017-ci ilin hesabat dövrü ərzində neft hasilatının həcmi 1,7%, qaz hasilatı 7,9% azalıb.

2017-ci ilin əvvəlindən “Azneft”in sifarişi əsasında 55 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 91 min ton neft hasil edilib.

Yanvar-sentyabr aylarında fəaliyyətsiz quyu fondundan 81quyu istismara qaytarılıb. Bu quyulardan 42,6 min ton neft alınıb.

Bundan başqa, bu ilin 9 ayı ərzində 485 geoloji tədbir keçirilib, nəticədə 211,7 min ton neft hasil edilib.

Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində 40,7 min ton neft hasil edilib.

* 2017-ci ildə “Azneft” 6,3 mln. ton neft və 5,55 mlrd. kubmetr qaz hasil etməyi planlaşdırır.