Azərbaycan

Yanvar-avqust aylarında Azərbaycanda avtomobil benzini istehsalı 7% artıb

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 7,9% – 1 mlrd. 748,9 mln. manata qədər azalıb.

 Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə avtomobil benzini istehsalı 7% – 783,8 min tonadək, birbaşa qovulan benzin istehsalı 3,8% – 124,5 min tonadək, sürtkü yağı istehsalı 3 dəfə – 22,8 min tonadək, neft bitumu istehsalı 16,1% – 130,8 min tonadək, neft koksu istehsalı 13,3% – 137,2 min tonadək artıb.

Hesabat dövründə kerosin istehsalında 5,9 % – 392,5 min tonadək, dizel yanacağı istehsalında 18,5% – 1 mln. 215,9 min tonadək, soba mazutunun istehsalında 39,5% – 252 min tonadək azalma qeydə alınıb.

Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.