Maraqlı Xəbərlər

Vergilər Nazirliyinin sensasion qərarı: “Mehman Əliyev günahkar deyil!”

Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə özü tərəfindən “Turan” informasiya agentliyinə təyin etdiyi 37 min manat (22 min dollar).məbləğində əlavə vergi sanksiyasını ləğv edib.

“Turan”dan verilən məlumata görə, Departament bu qərarı kameral yoxlamanın yekunu əsasında qəbul edib. Bu barədə qurum informasiya agentliyinə rəsmi məktubla məlumat verib.

Bildirilir ki, məhz 2014-2016-cı illər üzrə əlavə vergi ödənilməsi barədə bu qərardan 7 avqust 2017-ci ildə Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti tərəfindən “Turan”a qarşı cinayət işi qaldırılmış və agentliyin ofisində axtarışlar aparılmışdı. Bundan sonra agentliyin direktoru Mehman Əliyev həbs olunmuşdu.

Beləliklə, 2010-2016-cı illər üzrə əlavə vergi hesablanması barədə qərarın ləğv edilməsi ilə “Тuran” agentliyinə qarşı cinayət işinin hüquqi bazası qalmır.