Azərbaycan

Statoil Xəzərdəki hansı yataqlara maraq göstərir

SOCAR və Statoil arasında “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparılıb

Cümə axşamı SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Statoil şirkətinin beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxer Bakıda bir sıra perspektiv strukturlarının birgə işlənilməsi məsələlərini müzakirə edib.

“R.Abdullayev və L.K.Baxer tərəfindən “Qarabağ” yatağı, “Əşrəfi” və “Dan ulduzu” perspektiv strukturlarının birgə işlənilməsi istiqamətində müzakirələr aparıblar”, – SOCAR-ın məlumatnda qeyd olunur.

Bundan başqa, tərəflər neft-qaz mütəxəssislərinin hazırlanması, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi məsələlərinə toxunublar.

Xəbər verildiyi kimi, 2017-ci ilin yazında “Statoil” şirkəti Azərbaycanın “Qarabağ”, “Əşrəfi”, “Dan Ulduzu” yataqlarının kəşfiyyatı və işlənməsi ilə bağlı tədqiqatlarının yekunlarına dair hesabatı Energetika Nazirliyinə təqdim edib.

Həmçinin, SOCAR perspektivli “Naxçıvan”, “Zəfər” -“Məşəl”, “Dan ulduzu”-“Əşrəfi”, “Qarabağ” yataqlarının işlənməsinə xarici şirkətləri cəlb etmək niyyətindədir. Eyni zamanda, şirkət “Dan ulduzu”-“Əşrəfi”, “Qarabağ” strukturlarının eyni blokda işlənməsi imkanlarını istisna etmir. Xəbər verildiyi kimi, həmin strukturlara dair artıq PSA tipli sazişlər imzalanıb. Bu sazişlər aşkar olunan karbohidrogen ehtiyatlar səbəbindən ləğv olunub. 2000-ci illərin əvvəlində aşağı qiymətə görə xarici şirkətlər bu ehtiyatların cəlbedici olmaması qənaətinə gəliblər. Buna baxmayaraq, qara qızılın qiymətinin sonradan artması investorların bu sahələrə marağına səbəb olub. Lakin, neftə hazırki qiymət vəziyyətində hələlik yalnız geoloji məlumatların tədqiq olunub və memorandumlar imzalanıb.