Azərbaycan

SOCAR yataqlarında qaz hasilatının maya dəyəri 18% artıb

Qazın maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi təqribən 10 faiz təşkil edib

2016-cı ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) yataqlarından qaz hasilatının maya dəyəri 2015-ci illə müqayisədə 17,7% və ya hər 1 min kubmetr üçün 46,77 manatadək artıb. Bu barədə çərşənbə günü SOCAR-ın 2016-cı il ərzindəki fəaliyyətinə dair hesabatda deyilir.

Maya dəyəri strukturunda əmək haqqının xüsusi çəkisi 9,9%, sosial sığortalara ayırmalar 2%, amortizasiya ayırmaları 29,4%, təmir xərcləri 6,5%, texniki xidmət xərcləri 4,3%, material xərcləri 3,2% mədən vergisi 13,2%, nəqliyyat xərcləri 17,2% təşkil edir. Qalan göstəricilər digər xərclərin payına düşüb.

Hesabata əsasən, 2016-cı ildə “Azneft” İB (SOCAR-ın neft və qaz hasilatı üzrə strukturu) tərəfindən qaz hasilatı 2015-ci illə müqayisədə 8,6% – 5 mlrd. 620,6 mln. kubmetrədək azalıb.